İsrail raket atəşinə tutuldu

23:10 | 17.10.2018
İsrail raket atəşinə tutuldu

İsrail raket atəşinə tutuldu

İsrail Qəzzadan hücumlara son qoymaq üçün "böyük güclə” hərəkət edəcək.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Baş nazir bu barədə Qəzza ərazisindən həyata keçirilən raket atəşindən sonra sərhədyanı yaşayış məntəqələrinin başçıları və güc strukturlarının rəhbərliyi ilə müşavirəsində deyib.
Xatırladaq ki, daha əvvəl "The Jerusalem Post” nəşrinin məlumata görə, raket zərbələri oktyabrın 17-də Qəzza tərəfdən endirilib. Raketlərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, yaralıların olduğu bildirilir.
Raketlərdən biri isə paytaxt Təl-Əvivin yaxınlığında Araılq dənizinə düşüb. İsrail aviasiyası xavab olaraq Qəzzada döyüşçülərin 20 obyektinə zərbələr endirib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM