İsrail səfiri Rusiya XİN-ə çağırıldı

15:13 | 18.09.2018
İsrail səfiri Rusiya XİN-ə çağırıldı

İsrail səfiri Rusiya XİN-ə çağırıldı

İsrailin Moskvadakı səfiri Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən informasiya yayılıb.

"Qarışıq vəziyyətlə əlaqədar olaraq, İsrail səfiri XİN-ə çağırılıb”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanın vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında "gizlənməsini” səbəb kimi göstərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti