İsrail Suriyanı bombaladı

17:16 | 08.12.2014
İsrail Suriyanı bombaladı

İsrail Suriyanı bombaladı

Suriya və Livan televiziyalarının yaydığı məlumata görə, İsrail təyyarələri Şam Beynəlxalq Hava Limanı yaxınlığındakı bir ərazi ilə Dimas qəsəbəsini bombalayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, hava hücumlarında ölən və yaralı olub-olmadığı barədə məlumat yoxdur. İsrail tərəfi isə hələ hücumu təsdiqləməyib.

Qeyd edək ki, İsrail 2011-ci ildən bu yana Suriyaya bir neçə dəfə hava hücumu təşkil edib. Əvvəlki hücumların Livandakı Hizbullah qruplaşmasını hədəf aldığı təxmin edilirdi. İsrail ordusu işğal altındakı Qolan Təpələrini hədəf alan hücumlara cavab olaraq Suriya hərbi bazalarını da bombalamışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti