İsrail və Səudiyyə Ərəbistanı İrana hücuma hazırlaşır? - Sunday Times

19:01 | 17.11.2013
İsrail və Səudiyyə Ərəbistanı İrana hücuma hazırlaşır? - Sunday Times

İsrail və Səudiyyə Ərəbistanı İrana hücuma hazırlaşır? - Sunday Times

İsrail və Səudiyyə Ərəbistanı İranın atom enerjisi obyektlərinə zərbə endirməklə bağlı birgə böhran planı üzərində işləyir. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü Londonun “Sunday Times” qəzeti məlumat yayıb. 

Hərbi əməliyyatların bu həftə Tehranın nüvə proqramı ilə bağlı Cenevrədə keçiriləcək danışıqların nəticəsi qənaətbəxş olmayacağı təqdirdə həyata keçirilə bilər. 

Qəzetin yazdığına görə, Yaxın Şəqrin iki ölkəsinin hökumətələri əmindirlər ki, İranın nüvə enerjisinin istehsalını azaltması ilə bağlı beynəlxalq danışıqlar faydasız olacaq.İddiaya görə, Ər-Riyad artıq İsrailə İrana qarşı hava hücumu zamanı öz aviabazasından istifadəyə razılıq verib. Səudiyyə Ərəbistanı İsrailə pilotsuz təyyarələrlə, xilasedici helikopterlər və yüktəyyarələri ilə də kömək etmək niyyətindədir. 

"Cenevrə razılaşması imzalanandan sonra hərbi yolla həll yenidən masaya qoyulacaq", deyə nəşr qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb