İsrail XİN: Azərbaycana silah satışı dayandırılmayıb

İsrail Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Azərbaycana silah satışını dayandırması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.APA-nın "İzRus”a istinadən xəbərinə görə, XİN-in mətbuat katibi İqal Palmor ötən il 1,5 mlrd. dollar dəyərində silah satışı barədə Azərbaycanla imzalanmış sazişin qüvvədə olduğunu bildirib: "Sazişin dayandırılması ilə bağlı Rusiyadan bizə heç bir müraciət daxil olmayıb”. Qeyd edək ki, İsveçrə mətbuatı regionda qüvvələr balansının dəyişdirilməsinə yol verməmək üçün Azərbaycanla imzalanmış silah satışına dair müqavilənin dayandırılması haqqında İsrailə müraciət etdiyini yazıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb





















