İsrail Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının tətili bu gündən başa çatıb.İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu ölkənin bütün dünya ölkələrindəki səfirlikləri fəaliyyətlərini adi rejimdə bərpa edib. Qeyd edək ki, tətilə səbəb İsrail Maliyyə Nazirliyi ilə XİN arasında bəzi məsələlər üzrə razılığa gəlinməməsi olub. Bununla əlaqədar İsrailin Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi martın 4-dən vizaların verilməsini dayandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !