İsrailin xüsusi xidmət orqanları ölkənin xarici işlər naziri Aviqdor Libermana qarşı sui-qəsdin qarşısını alıb.APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin “Şin Bet” Daxili Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir. Məlumata görə, xidmətin əməkdaşları A.Libermanın qətlə yetirilməsini planlaşdıran HƏMAS hərəkatının bir neçə üzvünü həbs ediblər. “Şübhəli şəxslər avtomobil kortejinin İordan çayının qərb sahili boyu – nazirin yaşadığı Tekoa yaşayış məntəqəsinə doğru marşrutu ilə bağlı məlumatlar toplayırmışlar” deyə qurumdan bildirilib. Saxlanılan şəxslər XİN rəhbərinin avtomobilini atəşə tutmaq məqsədilə qumbaraatan əldə etməyi planlaşdırıbmışlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !