O, yerindəcə ölüb
İsrail ordusunun zabiti avtomobilinə daş atan fələstinli yeniyetməni güllələyib.
"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb. Hadisə bu gün İordan çayının qərbindəki kənddə baş verib.
Məlumatda bildirlib ki, bir neçə yeniyetmə buraxılış məntqəsinə gedən İsrail hərbçilərinin avtomobilinə daş atıblar. Daşlardan biri avtomobilin qabaq pəncərəsinin şüşəsinə dəyərək, onu sındırıb. Bundan sonra zabit maşından düşərək, tapançasından atəş açıb. Nəticədə yenyetmələrdən biri yerindəcə ölüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !