İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya - Fotolar

21:40 | 20.06.2021
İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya - Fotolar

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya - Fotolar

"Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Hayfa şəhərindəki Yunesko meydanında aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  Anews.az-a verilən məlumata görə, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək, Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirməsinə etiraz bildirmək olub.

Azərbaycan və İsrail bayraqları ilə aksiyaya qatılan təşkilat üzvləri Ermənistanın mina cinayətləri, eləcə də həlak olan media təmsilçilərinin fotoları əks olunan plakatlar nümayiş etdirib, Ermənistanın müharibə cinayətlərinə son qoyması üçün çağırışlar ediblər. Plakatlarda "Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, "Erməni terroruna son”, "Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir” şüarları əks olunub.

Aksiyada yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib, işğalçı dövlətin cinayətkar əməllərinə göz yummamaları üçün beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.
 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti