ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Netanyahu və Likud Partiyası əksəriyyətin gözləmədiyi nəticə əldə edib. Anketlərin hesablanması nəticəsində 120 yerlik İsrail parlamenti olan Knessetdə 27 deputat yeri əldə etdiyi göstərilib. Bu nəticələrə görə, hər iki tərəfin hökumət qurması üçün digər partiyaların dəstəyinə ehtiyac olacaq.
Baş nazir Netanyahu seçkilərlə bağlı ilkin açıqlamasında belə deyib: "Böyük bir zəfər qazandım. Bu qalibiyyət hər şeyə rəğmən əldə edildi. Hamınız mənim üçün önəmlsiniz". Netanyahu "beynəxalq qurum" olaraq tanınan sağçı partiyaların liderlərinə "vaxt keçmədən hökumət qurulması" çağırışını edib.
Sionist Birlik lideri: "Hökuməti mən quracam"
Sionist Birlik lideri İsak Herzoq yeni hökuməti özü quracağını qeyd edib. Nəticələrin hələlik bəll olmadığını dilə gətirən partiya lideri "Bugün inanılmaz bir qalibiyyət əldə etdik. İsrail üçün sosial anlayışlı bir hökumət qurmaq üçün əlimdən gələni edəcəyəm" - deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !