İsraildə son 24 saatda daha 859 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.
"TRT Haber” xəbər verir ki, ölkədə bu günə qədər ümumilikdə 25 547 insan koronavirusa yoluxub. Onlardan 320 nəfər xəstəlik səbəbindən həyatını itirib, 17 389 pasiyent isə müalicə olunaraq sağalıb. Hazırda ölkədə 7 838 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !