İsrailə 320-dən çox raket atılıb,ölkədə fövqəladə vəziyyət elan edilib

08:58 | 25.08.2024
İsrailə 320-dən çox raket atılıb,ölkədə fövqəladə vəziyyət elan edilib

İsrailə 320-dən çox raket atılıb,ölkədə fövqəladə vəziyyət elan edilib

İsrailə raket hücumundan sonra "Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə "ilkin cavab” verib.Bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.

"İslam müqaviməti" İsrail daxilindəki hərbi hədəflərə hava hücumu təşkil edib.

"The Times of Israel” qəzetinin məlumatına görə, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.

İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

***

Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.Bu barədə Livanın "Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanal bildirir ki, İsrail ərazisinin atəşə tutulması davam edir.
Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM