İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı - Yenilənib

22:34 | 27.03.2023
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı - Yenilənib

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı - Yenilənib

 İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. 


 
***
İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub. Bu barədə Apa agentliyinə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

İsraildə Netanyahunun təklif etdiyi məhkəmə islahatları böyük etirazlara səbəb olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb