İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib.Bu barədə İsrail səfiri Corc Dik "X" səhifəsindəki paylaşımında bildirib.
"HƏMAS"ın 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. Bakıdakı səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular”, - səfir qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !