• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

İsrailin İrana endirdiyi zərbənin yeni detalları

İsrailin İrana endirdiyi zərbənin yeni detalları
29.10.2024 18:01

Oktyabrın 26-da gecə İsrailin İrana endirdiyi zərbələr nəticəsində Səmnan vilayətində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasındakı bir neçə tikili zədələnib. Bu barədə AP Planet Labs PBC peyk təsvirlərinə istinadən məlumat verib.


Bu bazada SEPAH Hava Qüvvələrinin nəzarəti altında fəaliyyət göstərən Şahrud Kosmik Mərkəzi yerləşir. Mərkəz SEPAH-ın öz kosmik proqramlarını həyata keçirmək və ballistik raketlərin yığılması üçün istifadə olunur.


AP bildirir ki, İran rəsmiləri daha əvvəl Tehran, İlam və Xuzistan vilayətlərinə edilən zərbələr barədə məlumat versələr də, Səmnan vilayətini qeyd etməmişdilər.


Şəkillərdə mərkəzi tikilinin dağıldığı, üç digər tikili və bir anqarın zədələndiyi görünür. Həmçinin fotolarda, böyük ehtimalla zərbənin nəticələrini qiymətləndirən rəsmilərin olduğu nəqliyyat vasitələri kompleksin ərazisində görsənir.


AP daha əvvəl İsrailin Tehran yaxınlığında yerləşən və ballistik raket istehsalı həyata keçirilən iki bazaya zərbə endirdiyini bildirib.


İsrail 26 oktyabr gecəsi İrana bir sıra hava zərbələri endirərək, nəticədə dörd iranlı hərbçini öldürüb. Bu, İsrailə qarşı İran qüvvələrinin payızın əvvəlində həyata keçirdiyi raket hücumuna cavab olaraq baş verib.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
Dünya 23:23
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Dünya 22:30
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Kavelaşvili İrəvana səfər edib
Dünya 20:16
Kavelaşvili İrəvana səfər edib
Pakistan Hindistana xəbərdarlıq edib
Dünya 20:15
Pakistan Hindistana xəbərdarlıq edib
Avropanın 4 ölkəsi işıqsız qalıb
Dünya 16:11
Avropanın 4 ölkəsi işıqsız qalıb
Mayın 7-də yeni Papa seçiləcək
Dünya 15:38
Mayın 7-də yeni Papa seçiləcək
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Dünya 14:22
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Dünya 13:23
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Dünya 10:32
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol