ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki İsrail müdafiə naziri Moşe Yaalonun ABŞ-ın Yaxın Şərqlə bağlı son təkliflərini və dövlət katibi Con Kerri haqqında fikirlərini yersiz və təhqiredici kimi qiymətləndirib.APA – nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Psaki qeyd edib ki, Yaalonun açıqlamaları ABŞ-ın İsrailə davamlı dəstəyi fonunda daha qəribə səslənir. Bununla da ABŞ Dövlət Departamenti İsrailin nüfüzlu “Ediot Axronot” qəzetindəki məqaləyə reaksiya verib. Həmin məqalədə məlumatlı mənbəyə istinadən İsrailin müdafiə nazirinin ABŞ-da və İsraildə keçirdiyi bəzi görüşlərdə səsləndirdiyi fikirlər yer alıb. Məlumata görə, Yaalon Con Kerrini sadəlövh insan adlandırıb. O həmçinin arzu edib ki, ABŞ diplomatiyasının rəhbəri Nobel sülh mükafatını alsın və İsraildən əl çəksin. Hələlik İsrail hökuməti “Ediot Axronot”dakı məqaləyə münasibət bildirməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !