İsrailin Qəzzadakı məscidə zərbəsi nəticəsində azı 16 nəfər ölüb

09:57 | 23.05.2024
İsrailin Qəzzadakı məscidə zərbəsi nəticəsində azı 16 nəfər ölüb

İsrailin Qəzzadakı məscidə zərbəsi nəticəsində azı 16 nəfər ölüb

İsrail ordusunun Qəzzada yerləşən məscidə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. Bu barədə "Əl-Cəzirə” kanalı məlumat yayıb.
 
Məlumata görə, ölənlər arasında azı 10 uşaq var.

"İsrailin Qəzzanın şimalındakı Fatimeyi-Zəhra məscidinə hücumu nəticəsində ölənlərin sayı 10-dan 16-ya yüksəlib”, - məlumatda qeyd edilib.
 
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra həlak olan İsrail hərbçilərinin ümumi sayı 630-a çatıb.

Ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.
 
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb