İsrailin xarici işlər naziri Azərbaycana gəlir

13:47 | 14.04.2014
İsrailin xarici işlər naziri Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayədə heyəti yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə “Vestnika Kafkaza” İsrail Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən xəbər verir. Xəbərə görə, Aviqdor Liberman fövqəladə hadisə baş verməsə, aprelin 30-da Bakıya səfər edəcək.Səfərin proqramının hazırlanması son mərhələdədir. Proqramda Azərbaycan hökumətinin səlahiyyətli şəxsləri ilə görüşlər və kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində iki ölkə arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulub.Ehtimal olunur ki, baş nazirin Azərbaycanda keçirəcəyi görüşlərdə beynəlxalq aləmdə yaranmış problemlər və İsrail-Fələstin sülh danışıqları barədə müzakirələr aparılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM