İsrailli ekspert: Azərbaycanın zərbəsi sərt və güclü olacaq

14:55 | 04.08.2014
İsrailli ekspert: Azərbaycanın zərbəsi sərt və güclü olacaq

İsrailli ekspert: Azərbaycanın zərbəsi sərt və güclü olacaq

“Rəsmi Bakı Qarabağa özünü idarəetmənin ən yüksək statusunu verməyə hazırdır”.

Beynəlxalq əlaqələr üzrə İsrail eksperti Arye Qut Qarabağda son günlərdə baş verən hadisələri Oxu.Az-a şərh edib.

Beynəlxalq əlaqələr sahəsindəki İsrail eksperti Arye Qut Azərbaycanın son günlər ərzində qoşunların təmas xəttində 10-dan çox azərbaycanlı hərbçinin həlak olması ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin təxribatlarına mütləq güclü, sərt və proporsional zərbələr endirməli olduğunu vurğulayıb.

“Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi destruktiv mövqeyi Azərbaycanı digər sərt vasitələrə və pressinqə əl atmağa vadar edir. Azərbaycan diplomatiyasının danışıqlar prosesində hələ də iştirak etməsi, hələ də qalmaqda olan son ümid qalıqlarının qalmasına şahidlik edir. Lakin ümidlərin tükənməsi hər zaman sonluğa malik olur. Təmas xəttində baş verən son hadisələr bir daha təsdiq edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşən işğalçı Ermənistan qüvvələrinə endirəcəyi zərbə sərt və güclü olacaq. Düşünürəm ki, Ermənistan ciddi, hətta çox ciddi itkilər verib, lakin həmişə olduğu kimi ermənilər müvafiq məlumatı gizlədirlər” – israilli analitik vurğulayıb.

Qeyri-ixtiyari məşhur alman hərbi strateqi  Karl fon Klauzevisin sözləri yada düşür:

“Ən yaxşı strategiya, hər zaman mümkün qədər daha güclü olmaqdır, bu isə ümumiyyətlə, güclü olmaq deməkdir”.

Ermənistanın törətdiyi təxribatların Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsiri məsələsinə toxunan Arye Qut müvafiq prosesin gözlər önündə tükəndiyini qeyd edib.

“Azərbaycanın hərbi məqsədli xərcləri barədə hamımızın məlumatı var, bu isə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümidin getdikcə azaldığından xəbər verir. Xatırlatmaq lazımdır ki, əgər 2010-cu ildə bu rəqəm 2,15 milyard dollar idisə, 2013-cü ildə bu rəqəm 3,7 milyard dollar oldu. Bu gün Azərbaycanda hərbi xərclər üçün ayrılan vəsait Ermənistanın ümumi büdcəsinin 50%-dən artıqdır. Məhz buna görə də rəsmi Bakının mövcud statusu-kvosu ilə razılşamayacaq və Ermənistan Azərbaycanın səbrinin tükəndiyini anlamalıdır, və rəsmi Bakının beynəlxalq hüquq normalarına görə nəinki müdafiəyə, hətta Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini azad etməyə ixtiyarı var”, - İsrail  eksperti vurğulayıb.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərə çarpacaq irəliləyişləri bu yaxınlarda gözləmək əbəsdir.

“Azərbaycan və Ermənistanın sülh anlaşmasının əsasını təşkil edəcək həll prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çətindir. Rəsmi Bakı tamamilə haqlı olaraq Qarabağ münaqişəsini İrəvanın ərazi iddiası kontekstində nəzərdən keçirir və bu səbəbdən də Azərbaycanın 1992-ci ildə BMT-yə qəbul edildiyi sərhədlərlə beynəlxalq “dövlət ərazi bütövlüyü prinsipləri” çərçivəsində baxılmasına inad edir.

Rəsmi Bakının münaqişənin həlli üzrə danışıqlar prosesində mövqe və milli maraqları Azərbaycanın ilkin olaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan rayonlarından çıxardılmasından, eləcə də Azərbaycan qaçqınlarının əvvəlki yaşayış yerlərinə qaytarılmasından ibarətdir. Buna qarşılıq olaraq, Azərbaycan Qarabağa onun tərkibində özünü idarəetmənin ən yüksək statusunu verməyə hazırdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu praktiki olaraq fəaliyyətsizdir və iflic vəziyyətdədir, bu səbəbdən də Ermənistana heç bir təsir göstərmir”, - Arye Qut bildirib.

İsrail eksperti vurğulayıb ki, Ermənistan rəhbərliyi unutmamalıdır ki, bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin Azərbaycanı deyil.

“Təəssüf ki, Ermənistanın bir çox rəhbərləri öz meqa-erməni dünyasında yaşamağa davam edir. Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan praktiki olaraq Xəzər dənizi qaz və neft resursları ilə əlaqəli geosiyasi və geoiqtisadi layihələrdən kənar qalır. Ermənistanın Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkə olduğu danılmaz faktdır. Sovet hakimiyyəti süquta uğradıqdan sonra Ermənistan tam olaraq Rusiya ambisiyalarından asılıdır. Ermənistanı aclıqdan güclü erməni diasporası (özəl köçürmələr ildə 2 milyard dollardan ibarətdir) və ABŞ konqresinin sponsor yardımı xilas edir. Digər tərəfdən isə Azərbaycanın – Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri olması şübhəsizdir. Azərbaycan sübut edib ki, Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihənin həyata keçmədiyi lider ölkədir. Azərbaycanın bugünkü geosiyasi və geoiqtisadi potensialı, onun Ermənistana sərt və güclü cavab vermək, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün lazımi səviyyədədir”, - Arye Qut yekunlaşdırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb