İşsiz kimi qeydiyyatdan keçməkdə problem yaşayan şəxslər bunu edə bilər - RƏSMİ

22:19 | 08.04.2020
İşsiz kimi qeydiyyatdan keçməkdə problem yaşayan şəxslər bunu edə bilər - RƏSMİ

İşsiz kimi qeydiyyatdan keçməkdə problem yaşayan şəxslər bunu edə bilər - RƏSMİ

Bu günlərdə İqtisadiyyat Nazirliyi pandemiya dövründə maliyyə çətinliyi yaşayan şəxslərlə bağlı birdəfəlik 190 manat həcmində yardım paketi verəcəyini elan edib. Qərardan sonra, minlərlə insan məşğulluq idarəsində işsiz kimi qeydiyyatdan keçmək üçün nazirliyin elan etdiyi
e-sosial.gov.az saytına daxil olsa da, sayt işləməyib. Nazirlik bunu, sayıta küləvi girişin olması və sistemin donması ilə əlaqələndirib. Qeydiyyat müddətinin aprelin 20-nə kimi olmasını və müraciət müddətlərinin rayonlar arasında bölünməsini nəzərə alsaq, saytda qeydiyyatdan keçə bilməyən insanlar  nə etməlidir? Onalr üçün müddət uzadılacaqmı?

Anews.az olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə danışdıq.

O, bildirdi ki, müddətin uzadılması müzakirə mövzusu deyil.

"Saytda problem yarandıqdan sonra bildirildi ki, hər kəs öz yaşadığı ərazinin məşğulluq idarəsinə zəng edib, şəxsiyyət vəsiqəsinin FİN-in və seriya nömrəsini deyib, qeydiyyatdan keçrilməsi üçün müraciət edə bilər. Müraciətlərlə bağlı, ciddi iş rejiminə keçmişik və bütün müraciətlərə cavab verilir”, - deyə Əsmər Nəcməddinqızı vurğuladı.

Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM