Yanvar ayında dekabr ayı ilə müqayisədə işsizlər üçün nəzərdə tutulan məbləğ 4,62% azaldılıb, illik hesablamalara görə isə ödəmələr 1,5% artıb. İstehlakçı tələblərinin aylıq 0,2% enməsinə nəzərən vəsaitin ümumi həcmi 4,42% enib, illik inflyasiya (2,2%) 0,7% olub.Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Dövlət Statistika Komitəsindən alınıb.2014-cü ilin 1 fevral tarixinə qədər işsiz kimi rəsmi olaraq 36488 nəfər qeydiyyatdan keçib, 2014-cü ilin əvvəlində bu rəqəm 36209 nəfər, ötən ilin əvvəli isə bu rəqəm 36791 nəfər idi.Başqa sözlə desək yanvar ayında işsizlərin sayı 279 nəfər artıb.2014-cü il fevral ayı üçün işsizlərə verilən vəsaitin məbləği 256,1 manat idi, 2014-cü ilin əvvəlində 268,5 manat, 2013-cü ilin fevral ayı üçün isə bu göstərici 252,3 manat olub.1 fevral 2014-cü il üçün işsizlərin əsas hissəsi Bakının 12 rayonu (13481 nəfər, bunlardan yalnız 400 nəfər vəsait alıb) və Aran iqtisadi rayonunun 18 rayonu (10097 və bunlardan 204 adam müvafiq olaraq vəsait alıb) üzrə qeydə alınıb.2014-cü ilin 1 fevralına olan məlumata görə əməkqabiliyyətli əhalinin sayı 4761,3 min adam olub, ilin əvvəlində bu göstərici 4757,8 min nəfər olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !