• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

İşsizlik sosial problem olaraq qalır - Musa Quliyev

İşsizlik sosial problem olaraq qalır - Musa Quliyev
17.03.2023 14:10
Bir çox tədbirlərin görülməsinə baxmayaraq Azərbaycanda işsizlik bir sosial problem olaraq qalır. Bunu millət vəkili Musa Quliyev Milli Məclisin cümə günü keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
O bildirib ki, bu sahədə ciddi addımlar atılmalıdır və kiçik və orta sahibkarlara dəstək olunmalıdır.

"Hesabatda qeyd olunub ki, 5.358,4 min nəfər iqtisadi fəal əhalinin 5.056,2 min nəfərinin məşğulluğu təmin olunub. Bu yaxşı göstəricidir. Ancaq 5.056.2 min nəfər məşğul əhalinin yalnız 1.760 min nəfəri, yaxud 35% i sosial sığorta ödəyicisi kimi qeydiyyatdadır ki, bu göstərici 55- 60%- lik beynəlxalq standartdan xeyli aşağıdır”, - deputat bildirib.

Millət vəkili çıxışında vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, dərmanların qiymətinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi istiqamətində təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
 
Millət vəkili deyir ki, icbari sığorta ilə bağlı özəl müəssisələrin göndəriş verilməsi qaydasında qüsurlar var.

"Hal - hazırda şəxs müayinə və müalicə üçün  icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq dövlət tibb müəssisəsində olmadığı halda və dövlət klinikasının göndərişi əsasında müraciət edə bilər ki, bu da vətəndaşın tibb müəssisəni və həkimi seçmək hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır, bizə çatan məlumatlara görə, bəzi hallarda inhisarlaşmaya, süni bürokratik əngəllərə və rüşvətxorluğa da yol açır”, - deputat söyləyib.
 
Musa Quliyev təklif edir ki, göndəriş sistemi ləğv olunmalı və vətəndaşlara klinika və həkim seçimində sərbəstlik verilməlidir.
 
Nazirlər Kabinetinin hesabatına görə Azərbaycanda 2022-ci il 20221-ci ilə müqayisədə vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən  12% artımla istifadə edib. 
 
 Bu dövr ərzində sığorta paketinə daxil olan əməliyyatların faizi isə 41%-ə yüksəlib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol