İstanbul Çağlayan Ədliyyəsinin nəzarət-buraxılış məntəqəsində silahlı basqın olub - Video

13:49 | 06.02.2024
İstanbul Çağlayan Ədliyyəsinin nəzarət-buraxılış məntəqəsində silahlı basqın olub - Video

İstanbul Çağlayan Ədliyyəsinin nəzarət-buraxılış məntəqəsində silahlı basqın olub - Video

Türkiyədə İstanbul Çağlayan Ədliyyəsinin nəzarət-buraxılış məntəqəsində silahlı basqın olub. Bu barədə Anadolu Ajansı xəbər verib.
 
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Xəbər verildikdən sonra bölgəyə polis və sağlamlıq qrupu sövq edilib.
 
Daxili İşlər Naziri Əli Yerlikaya İstanbul Çağlayan Ədliyyəsi qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdində 2 hücumçunun öldürüldüyünü, 3-ü polis olmaqla 5 nəfərin yaralandığını bildirib.
 
"Bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C Qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi olub. 1-i qadın, 1-i kişi olmaqla 2 hücumçu öldürülüb. 3-ü polis olmaqla 5 nəfər yaralanıb", - nazir qeyd edib.
 
Nazir Yerlikaya Çağlayan Ədliyyəsinin nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində zərərsizləşdirilən 2 nəfərin DHKP/C terror təşkilatı üzvü olduğunun müəyyən edildiyini söyləyib.

 Aygün Mirakif


 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM