Hazırda Azərbaycan və Pakistan arasında ticarət döviyyəsi ildə cəmi 8 milyon dollar təşkil edir. Xarici ticarət əməliyyatlarının həcminin az olmasının əsas səbəbləri ikitərəfli səfərlərin və ölkələr arasında əlaqələrin istənilən səviyyədə olmaması ilə bağlıdır.
Bunu Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfərin yekunu ilə bağlı müsahibəsində deyib.
"Əməkdaşlığın genişləndirilməsi ölkələr arasında hava əlaqəsinin qurulmasına yardım edir. Mən Türkiyənin Baş naziri ilə "Turkish Airlines”-ın Ankara və ya İstanbuldan Bakıya, sonra isə Pakistanın İslamabad və ya Kəraçi şəhərlərinə reys açması ilə bağlı danışmışam. Türkiyə Baş naziri isə, öz növbəsində, olduqca mehriban idi və dərhal "Turkish Airlines”-ə bu aviareysi işə salmağı tapşırdı. Bu isə ölkələr arasında əməkdaşlığın inkişafına və birgə iri layihələrin həyata keçirilməsinə öz töhfəsini verəcək”,- Pakistan Prezidenti deyib.
Hazırda Bakıdan İslamabada aviareysləri Qatar Airways şirkəti həyata keçirir. //marja.az
Bizi sosial şəbəkələrdə izləyin !