“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI

13:55 | 17.08.2017
“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI

“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI

"Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib.

"Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. 

Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor bildirib.

Qeyd edək ki, bu, ilk analoji xəbərdarlıq deyil. Daha əvvəl Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy bildirib ki, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

"Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır”, - deyə geoloq xəbərdarlıq edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM