İstanbulda ictimai nəqliyyat bahalaşıb

14:05 | 25.07.2024
İstanbulda ictimai nəqliyyat bahalaşıb

İstanbulda ictimai nəqliyyat bahalaşıb

İstanbulda ictimai nəqliyyatda gediş haqqı 13% bahalaşıb. Bu barədə "Milliyet” qəzeti xəbər verib. ə istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin Nəqliyyat Koordinasiya Mərkəzinin iyul ayı üzrə keçirilən iclasında qərar verilib.

İstanbulkart-la gediş haqqı 17,70 lirədən 20 lirəyə, tələbələr üçün 8,64 lirədən 9,76 lirəyə, sosialyönümlü şəxslər (müəllim, 60 yaşlı şəxslər) üçün 12,67 lirədən 14,32 lirəyə qaldırılıb. 

Elektron biletlə isə bir dəfəlik keçid  üçün 25 lirədən 28,25 lirəyə, 10 keçidlik bilet isə 200 lirədən 226 lirəyə kimi bahalaşıb.  

Metrobusda isə bütün dayanacaqlardan istifadə olunmaqla tam keçid 26,27 lirədən 29,68 lirəyə, tələbələr üçün 8,64 lirədən 9,76 lirəyə, sosial güzəştli adamlar üçün  isə 14,41 lirədən 16,28 lirəyə artıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM