İstanbulda keçirilən antiterror əməliyyat nəticəsində 11 şübhəli tutulub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İstanbulun Bağçılar, Ümraniye, Esenler, Silivri və Bahçelievler rayonlarında 20-dən artıq ünvanda eyni vaxtda əməliyyat keçirilib.
Antiterror tədbiri nəticəsində 7-si xarici ölkə vətəndaşı olmaqla 11 şübhəli tutulub.
Tutulan 7 əcnəbinin İŞİD terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.
Ünvanlarda keçirilən əməliyyat-axtarış nəticəsində qruplaşmaya aid çoxlu sayda təbliğat vasitəsi və rəqəmsal vəsait aşkarlanaraq, götürülüb.
Məlumata əsasən, əməliyyat davam edir, tutulanların sayının artacağı ehtimal olunur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !