İstanbulda meşələrə giriş qadağan edildi

18:49 | 30.07.2021
Yanğınlarla mübarizə məqsədilə Türkiyənin bir sıra bölgələrində meşələrə giriş qadağan edilib.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, növbəti qadağa İstanbul tərəfindən qoyulub. Belə ki, 30 iyul-31 avqust tarixində İstanbulda meşələrə giriş qadağan edilib. Şəhər valise Ali Yerlikayanın sözlərinə görə, artan istilər və güclü külək səbəbindən meşələrə girməyə, ətrafında və ya içərisində piknik təşkil etməyə sentyabradək icazə verilməyəcək.

Qeyd edək ki, Qaziantepdə də avqustun 15-dək meşələrə giriş yasaqlanıb. Qadağalar Çanaqqala, Balıkesir, İzmir və Aydında da tətbiq edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM