İstanbulda Qarabağla bağlı kitabın təqdimat mərasimi keçirildi

21:47 | 06.12.2013
İstanbulda Qarabağla bağlı kitabın təqdimat mərasimi keçirildi

İstanbulda Qarabağla bağlı kitabın təqdimat mərasimi keçirildi

İstanbuldakı Mərmərə Universitetində “Xəzərdən Qara dənizə strateji baxış” mövzusunda simpozium keçirilib. Avrasiya Ekonomik İlişkilər Dərnəyi və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunan simpozium çərçivəsində “Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu” (“Yeni Qlobal Mübarizədə Qafqaz və Qarabağ Problemi”) adlı kitabın təqdimat mərasimi də keçirilib.Kitabın müəllifi Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin (QAFSAM) Sədri və Xəzər Universitetinin müəllimi olan Araz Aslanlıdır. Əsərdə Cənubi Qafqaz regionun dünya siyasətində artan strateji əhəmiyyəti, bu çərçivədə Qarabağ problemi və onun həlli prosesi haqqında məlumat verilib. Təqdimat mərasimində müəllif Araz Aslanlı oxucular üçün kitabını imzalayıb. Xatırladaq ki, “Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu” (“Yeni Qlobal Mübarizədə Qafqaz və Qarabağ Problemi”) adlı kitab QAFSAM tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində nəşr olunub.Kitabın nəşri üçün Türkiyədəki nüfuzlu Avrasiya Ekonomik İlişkilər Dərnəyi ilə əməkdaşlıq edilib.Kitab Türkiyədəki əhəmiyyətli dövlət qurumlarına, kitabxanalara, ictimai, siyasi, elmi xadimlərə, xarici ölkə səfirliklərinə və media nümayəndələrinə çatdırılıb (proses hazırda da davam etdirilir). ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM