İstanbulda seçki gərginliyi bitdi: İmamoğlu mandatını alır - FOTO

17:26 | 17.04.2019
İstanbulda seçki gərginliyi bitdi: İmamoğlu mandatını alır - FOTO

İstanbulda seçki gərginliyi bitdi: İmamoğlu mandatını alır - FOTO

İstanbulun bələdiyyə sədri seçilmiş Əkrəm İmamoğluna mandat təqdim ediləcək.

Qaynarinfo "Sözcu"yə istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət və Xalq Partiyası (CHP) İstanbul Bölgə sədri Canan Kaftancıoğlu məlumat verib.
 
Onun sözlərinə görə, İmamoğlu Çağlayan Ədliyyəsindəki Bölgə Seçki Komissiyasına dəvət edilib və Türkiyə vaxtı ilə saat 16.00-da mandat təqdim ediləcək. 

Qeyd edək ki, CHP namizədi Əkrəm İmamoğlu 31 martda keçirilən parlament seçkilərində İstanbulun bələdiyyə sədri seçilib. O, əsas rəqibi Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımı geridə qoyub. 

AKP-nin etirazı və səslərin yenidən sayılması səbəbilə İmamoğluna bu günə qədər mandat təqdim edilmirdi. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb