İstanbulda su böhranı

22:00 | 20.11.2022
İstanbulda su böhranı

İstanbulda su böhranı

İstanbul şəhərinin dörd aylıq içməli su ehtiyatı qalıb.
 
Bu barədə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
 
Ölkənin ən böyük şəhərində içməli su ehtiyatlarının azalmasına səbəb yağıntının bu il az olmasıdır.
 
Hazırda İstanbuldakı su anbarlarında içməli su ehtiyatları 36.2 faizdir. Ötən il bu rəqəm 42.6 faiz olub.
 
Ankarada isə vəziyyət ürəkaçandır. Çünki illik yağıntı norması paytaxtda bu il yüksəkdir. Bu da su anbarlarında yığılan içməli suyun faizinə müsbət təsir göstərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM