İstanbulda yenə ara qarışdı

15:29 | 17.11.2013
İstanbulda yenə ara qarışdı

İstanbulda yenə ara qarışdı

Türkiyənin İstanbul şəhərində Gəzi parkı olayları ilə əlaqədar etiraz aksiyası iğtişaşlara çevrilib. Aksiya Çağlayan məhkməsinin qarşısında keçirilib. Aksiya iştirakçıları iyun ayında Gəzi etirazları zamanı Berkin Elvan adlı 14 yaşlı oğlanın ciddi xəsarət almasına səbəb olanların cəzalandırılmasını tələb ediblər.

Zərərçəkmişin vəkili onun polis tərəfindən gözyaşardıcı qaz balonu ilə başından vurulduğunu iddia edir. 14 yaşlı yeniyetmə iyunun 16-dan bəri reanimasiya şöbəsindədir və bu yaxınlarda 3-cü əməliyyatını keçirib. "Biz təhlükəsizlik kameralarının qeydlərinin və Berkinin xəsarət aldığı yerdəki bütün kameraların qeydlərinin ortaya qoyulmasını tələb edirik. Amma onlar bizə insident zamanı heç bir kamera qeydinin olmadığını deyirlər. Həmin vaxt növbədə olan polis əməkdaşlarının qeydiyyat nömrələrini də istəyirik. Bilmək istəyirik ki, gözyaşardıcı qazdan hansı polis istifadə edib və onun rəisi kim olub. Prokuror isə insident zamanı orada ümumiyyətlə heç bir polisin olmadığını deyirlər". 

Etiraz aksiyası polislə qarşıdurmaya çevrilib. Xüsusi-təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər də saxlanılıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb