Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR

10:00 | 11.02.2015
Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR

Türkiyədəki suriyalı qaçqınlar: onlar necə yaşayırlar? - FOTOLAR

2013-cü ildən başlamış vətəndaş müharibəsi Suriyanın 6 milyona yaxın vətəndaşının qaçqına düşməsinə səbəb olub. Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, indiyə qədər müharibədə 39 min nəfərdən artıq insan həlak olub. Əsasən qonşu ölkələrə sığınan suriyalı qaçqınlardan 2 milyona yaxını da Türkiyəyə köç edib.

Onlar Türkiyənin şərqindən qərbinədək bütün şəhərlərdə məskunlaşıblar. Böyük bir qismi qaçqın düşərgələrinə yerləşdirilsələr də hamısını nəzarət altında saxlamaq mümkün deyil. Suriyalı qaçqınların böyük bir qismi İstanbulda yerləşib. Hətta türklərin "Bəyaz suriyalı” adlandırdığı bir təbəqə İstanbulun Taksim, Aksaray, Findikzade adlanan səmtlərində marketlər və restoranlar da açıblar. Obyektlərinin adlarını ərəb dilində təqdim edir, müştərilərinə öz mətbəxlərinə xas yeməklər təklif edirlər. Ankarada da "gecəqondu”lar olan səmtlərdə daha çox yerləşən suriyalı qaçqınların bir qismi gündəlik iş tapa bilsə də, böyük bir qismi dilənçiliklə məşğul olur. Dilənmək üçün daha çox uşaqlar önə verilir.

Hər kəs kimi suriyalılar da öz həyatlarını davam etdirirlər - səfalət içində yaşayanı da var, əvvəlki düzəninə daha yaxın həyat tərzi keçirəni də...
 
ANN.Az suriyalı qaçqınların Türkiyədəki həyatlarını əks etdirən fotosessiyanı təqdim edir:
 

Şəhla Əbusəttar Yaman
İstanbul-Ankara
ANN.az
 
 










0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb