İstanbuldakı konsulluğumuzda nələr vaş verir? – FOTO

18:48 | 18.07.2019
Belçikada yaşayan Azərbaycan türkü, "Euroxeber” qəzetinin redaktoru Bülent Gürcam "Facebook” profilində Azərbaycanın İstanbuldakı konsulluğunda gördükləri haqda yazıb.

O, konsulluğu tənqid edib. Bizimyol.info xəbər verir ki, Bülent bəyi orada Azərbaycan vətəndaşlarına münasibət çox sarsıdıb. Yazır ki, qadın-uşaq bilmədən hamını küçədə gözlədirlər. Adamlar daşın üstündə oturmağa məcbur olur. Gürcam səfirlikdə görüş almaq üçün uzun-uzadı prosedurlar tətbiq olunmasını da tənqid edib.
Onun fikrincə, heç kim öz ölkəsinin konsulluğunda və ya səfirliyində bürokratik əngəllərlə qarşılaşmamalıdır. Bülent konsulluğu tam bir imarət kimi təsvir edib: təxminən 1000 kvadratmetr ərazini əhatə edən dördmərtəbəli bina, hər tərəfdə kameralar, dəmir qapılar, gülləkeçirməyən şüşələr, son model diplomatik nömrəli avtomobillər, böyük bağça, qaraj… Halbuki bu boyda yerdə uzağı 20 nəfər işləyir.

Bülent bəy konsulluğun rüsumu dollarla almaqla qanunvericiliyi pozduğunu yazır. "İş Bankası”na 55 dollar ödətdiriblər. Halbuki qanunvericilik yalnız türk lirəsi ilə ödəməni məqbul sayır.
Gürcam hesab edir ki, burada həm də aşkar inhisar var. Konsulluqla üzbəüz "Türkiye Garanti Bankası”nın şöbəsi olduğu halda, 55 dolları məhz "İş Bankası”nda ödəməyə məcbur ediblər. Amma bununla iş bitməyib. Bank əməkdaşı daha 30 manat xərc olduğunu bildirib. "Sizi rəsmən soyurlar”, – Gürcam belə yazır.

Bülent bəy yazının sonunda bəzi suallar ortaya qoyur: 1. 1000 kvadratmetr ərazisi olan yerdə konsulluq niyə gözləmə zalı yaratmayıb? 2. Bu insanlar saatlarla gözləyərkən təbii ehtiyaclarını necə ödəyirlər? (tualet, su, və s.) 3. Anketlər niyə uyğun olmayan yerlərdə, divarda doldurulur? 4. Hörmətli konsul lüks avtomobilində keçərkən insanların bu zülmünü görmürmü? 5. Ən önəmlisi, Azərbaycanın Xarici İşlər Nazirliyi niyə bu zülmdən xəbərsizdir?
 
 





www.anews.az
loading...