İstanbuldakı terrorda 12 nəfər xarici vətəndaş yaralanıb - Səhiyyə Naziri

15:09 | 19.03.2016
İstanbuldakı terrorda 12 nəfər xarici vətəndaş yaralanıb - Səhiyyə Naziri

İstanbuldakı terrorda 12 nəfər xarici vətəndaş yaralanıb - Səhiyyə Naziri

İstanbulda, Taksim meydanında yaralananlarla bağlı ilkin informasiyalar verilib.

ANN.Az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, yaralananlar arasında 7 yaşlı uşaq var. Yaralananlar arasında bir nəfər israilli vətəndaşın, bir nəfər iranlının, bir alman turistinin və bir nəfər də qafqaz kökənli adamın adı var.

Türkiyə rəsmilərinin açıqlamaları davam edir. Ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu 5 ölünün, 36 yaralının olduğunu deyib. Onun sözlərinə görə, 7 nəfərin vəziyyəti ağırdır: "İnsanları və insanlığı məhv edən zehniyyəti lənətləyirəm".

Onun sözlərinə görə, 36 yaralıdan 12 nəfəri xarici ölkə vətəndaşıdır.

Nazir hazırda Bursada tədbirdə olduğunu, oradakı görüşlərini yarımçıq qoyaraq təcili İstanbula, prezident Ərdoğanın rəhbərliyi ilə keçiriləcək rəhbər şəxslərin iclasına gedəcəyini deyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM