2013-cü ilin yanvar ayından etibarın Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə "İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir.
ANN.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verillən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir. Layihə çərçivəsində iştirakçıların seçiminin on-line olimpiadalar vasitəsilə aparılması nəzərdə tutulub.
2013 və 2014-cü illərdə 2400 nəfərdən artıq şagird "İstedadların hazırlığı laboratoriyası”-da iştirak edib. 2015-ci ilin aprel ayının 1-dən 8-dək 700-dək şagird qeydiyyatdan keçib.
12, 19 və 26 aprel 2015-ci il tarixlərdə saat 12.00-dan - 15.00-dək lll Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, ll və lll on-line mərhələlər keçiriləcəkdir.
"İstedadların hazırlığı laboratoriyası” çərçivəsində lll Respublika Olimpiadasının iştirak etmək istəyən 7-11 –ci sinif şagirdləri www.istedad.az saytında qeydiyyatdan keçərək on-line mərhələlərdə iştirak edə bilərlər.
Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !