Ötən gün istefa verən və haqqında saxlanma qərarı verilən Qvatemala dövlət başçısı bu gün məhkəməyə qarşısına çıxarılıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hakim Miquel Angel Qalvez rüşvətxorluqda ittiham olunan keçmiş dövlət başçısı Peres Molina haqqında həbs qərarı çıxarılıb. Ölkədən qaçma ehtimalı olduğu üçün keçmiş prezident Matamoros Hərbi Həbsxanada saxlanılacaq.
64 yaşlı və ehtiyatda olan general Peres Molina 2012-ci il yanvarın 14-də II tur seçkilərdə qalib gələrək ölkəyə rəhbərlik edib və hazırda o, iş adamalrından qeyri-qanuni gömrük vergilərindən yayınmaq üçün külli miqdarda rüşvət almaqda ittiham olunur.
Ötən həftə Konqresdə keçirilən səsvermə zamanı prezidentin toxunulmazlğı ləğv olunmuş və ədliyyə naziri onun haqqında saxlanma qərarı çıxarmışdı. Bundan sonra Peres "özünə qarşı qaldırılan ittihamlara cavab vermək və istintaqın obyektiv keçirilməsi" məqsədilə prezidentlik postundan istefa vermişdi.
Qaçma ehtimalı olmasına baxmayaraq, Peres jurnalistlərə açıqlamasında ""bu barədə fikir belə ağlımdan keçməyib" - açıqlamasını verib.
Hazırda ölkəni müvəqqəti olaraq Peresin keçmiş köməkçisi, 79 yaşlı Alejandro Maldonado rəhbərlik edir.
Qvatemalalılar yeni prezident seçmək üçün bu bazar günü seçki keçirəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !