Oxu.Az-a Azərbaycan Mərkəzi Bankdan(AMB) verilən məlumata görə, 2015-ci ilin mayın 1-nə olan məlumata görə, sənaye və istehsal sektoruna verilən kreditlər 2 milyard 210,9 milyon manata çatıb. Bu da 2015-ci il yanvarın 1 ilə müqayisədə 183,1 milyon manat artım deməkdir.
Qeyd edək ki, sənaye sektoruna verilən kreditlərin cəmi kreditlərdə (20 milyard 595,5 milyon manat) xüsusi çəkisi 10,7% təşkil edir.
Məlumat üçün bildirək ki, kredit təşkilatları tərəfindən 20 milyard 595,5 milyon manat kredit qoyuluşunun 268,5 milyon manatı energetika, kimya və təbii ehtiyatlara(xüsusi çəkisi 1,3%), 871,7 milyon manat nəqliyyat və rabitəyə (xüsusi çəkisi 4,2%), 8 milyard 197,7 milyon mantaı ev təsərrüfatlarına( xüsusi çəkisi 39,8%), 2 milyard 814,1 milyon manatı inşaat və əmlak sektoruna( xüsusi çəkisi 13,7%), ticarət və xidmət sektoruna 2 milyard 960,8 milyon ( xüsusi çəkisi 14,4 %) aid olub.
Qeyd edək ki, manatın devalvasiyasından sonra isteklak kreitlərinin həcmində azalma tendensiyası müşahidə olunub. Belə ki, əgər 2015-ci ilin martın 1-nə olan məlumata görə, istehlak kreditlərinin həcmi 8 milyard 416,7 milyon manat təşkil edirdisə, 2015-ci ilin mayın 1-nə olan məlumata görə, isə bu rəqəm 8 milyard 197,7 milyon manata düşüb. Azalma 219 milyon manat.
Xatırladaq ki, valyuta bazarında baş verən prosesləri nəzərə alaraq, fevralın 21-də AMB -in qərarı ilə, ABŞ dollarının manata qarşı məzənnəsi 1,05 manat AZN səviyyəsində müəyyən edildi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !