Azərbaycanda istehlak kreditlərinin faizləri azalır - AÇIQLAMA

09:30 | 22.09.2020
Azərbaycanda istehlak kreditlərinin faizləri azalır - AÇIQLAMA

Azərbaycanda istehlak kreditlərinin faizləri azalır - AÇIQLAMA

Son zamanlar banklarda istehlak kreditlərinin faiz dərəcəsi aşağı düşüb.

Anews.az xəbər verir ki, ekspertlər bunu bir neçə səbəblə əlaqələndirir.
 
Deputat Rüfət Quliyev isə istehlak kreditlərinin aşağı düşməsini müvəqqəti hal hesab edir.
 
" İstehlak kreditlərinin aşağı düşməsi sosial məsələlərin həllində və insanların tələbatlaırnın ödənilməsində müsbət rol oynuyur.  Amma bir məsələ var ki, bu müvəqqəti olan bir haldır. Bizə lazım olsan əsas məhsulların Azərbaycanda istehlak və istehsal olunmasıdır. Bu hərtərəfli dövlətə və vətəndaşlara gəlirlər qazandıracaq. Mənfi tərəf  odur ki, ölkəmizdə biznez kreditləri aşağı düşmür. Dövlət istər maliyyə, istərsə də iqtisadi sektorda islahatlar aparıb. Hazırkı İqtisadi şura biznes kreditləri ilə bağlı yeni təkliflər hazırlayıb təqdim etməlidir . Bir sözlə biz biznes kreditlərinin depozit faizlərlə ödəməli deyilik”, – deyə o, əlavə etdi. 
 
Ekspert Samir Əliyev deyir ki, istehlak kreditlərinin aşağı düşməsi banklarda böyük həcmdə depozitlərin olması ilə əlaqəli ola bilər. 

"Bu gün banklarda böyük həcmdə pullar var. Bu onunla bağlıdır ki,  banklarda böyük məbləğdə pullar qalır və insanları faizləri aşağı salmaqla kredit verməyə cəlb edirlər. Mövcud vəziyyətlə əlaqədar banklar kredit verə bilmir deyə  banklar bu cür variantlardan istifadə edirlər. Bu gün Azərbaycan banklarında depozit həcmi 19.4 milyard manatdır. Onların verdiyi kredit isə 14 milyard manatdır. Hardasa 5-6 milyard manatlıq artıq pul var. Bu pulu reallaşdıra bilmirlər deyə məcburdular faziləri aşağı salsınlar. Banklar biznes kreditləri verməkdə çox da maraqlı deyillər. Səbəbi də odur ki, biznes kreditləri daha çox vəsait  və aşağı faiz tələb edir. Banklar daha çox istelak kreditlərinə üstünlük verirlər. Əhalinin də pandemiya dövründə gəlirlərinin azalması istehlak kreditlərinə müraciət edənlərin  sayını azaldıb”.
 
Hazırda Bank respublika istehlak kreditlərinə olan faiz dərəcəsini 15%-ə endirib. Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı da istehlak kreditlərini ucuzlaşdırıb. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb