• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

İstehsalat və məişət tullantılarını yandıran bəzi müəssisələr cəzalandırılıb

İstehsalat və məişət tullantılarını yandıran bəzi müəssisələr cəzalandırılıb
27.07.2023 20:34
Məişət tullantılarının yandırılmasına görə bir neçə obyekt sahibi cərimələnib.

"Report" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Qəçrəş kəndindəki "Aynur” istirahət mərkəzinin, Xudat şəhərində yerləşən "Gold" və "Eko" marketlərin, Füzuli rayonu, Mahmudlu-2 kəndindəki "Real” marketin, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin, İmişli rayonu, Xubyarlı kəndində "Mirislam" MMC-yə məxsus qum-çınqıl karxanasının və həmin kənddə yerləşən avtomobil təmiri sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, "Aynur” istirahət mərkəzinin iş icraçısı İlqar Dadaşov, "Gold" marketin sahibi Nazir Əliverdiyev, "Eko" marketin sahibi Məhəmməd Aydəmirov, "Real” marketin nümayəndəsi Asif Atazadə, "Həyat" istirahət mərkəzinin sahibi İsgəndər Sadıxov, "Mirislam" MMC-nin rəhbəri Rabil İsayev və avtomobil təmiri sexinin sahibi İldırım Verdiyev barəsində qanunamüvafiq tədbirlər görülüb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Cəmiyyət 21:54
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Cəmiyyət 21:14
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Bu yolda sürət həddi endirildi
Cəmiyyət 20:45
Bu yolda sürət həddi endirildi
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəmiyyət 20:11
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 19:53
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 19:38
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
Cəmiyyət 19:35
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Cəmiyyət 18:58
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol