"Apple” şirkəti “iOS” mobil əməliyyat sistemi haqqında yeni statistik məlumatlar dərc edib. Şirkətin hesabatına görə, “Apple” texnikası istifadəçilərinin 60 faizi artıq “iOS 8” əməliyyat sisteminə keçib. Məlumatlar noyabrın 24-nə olan vəziyyətə görə “App Store” əlavələr mağazasından istifadə üzrə aparılan təhlillər əsasında əldə olunub. Noyabrın əvvəlində istifadəçilərin 55 faizi “iOS” sisteminin son versiyasına üstünlük verib.ANN.Az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “iOS 8” sisteminin bu il “iOS 7” ilə müqayisədə zəif tətbiq olunmasına baxmayaraq "Apple” nümayəndələri qeyd edirlər ki, “iOS” istifadəçiləri yeni sistemə keçidi “Android” istifadəçilərinə nisbətən daha əminliklə həyata keçirirlər. Müqayisə üçün qeyd edək ki, “Android” sisteminin ilk dəfə 2012-ci ildə buraxılan “Android Jelly Bean” versiyasından hazırda istifadəçilərin 54 faizi istifadə edir və onların yalnız 25 faizi “KitKat” versiyasına keçib.“Apple” təmsilçiləri bildirirlər ki, istifadəçilərin 60 faizinin əməliyyat sisteminin yeni versiyasına keçməsi onun rəsmən təqdim olunmasına 60 gün qalmış baş verib. Müqayisə üçün: “Android KitKat” istifadəçilərinin payı onun təqdim olunmasından 313 gün sonra 25 faiz artıb
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !