Pakistanda dəhşətli istilər səbəbilə ölənlərin sayı 1000 nəfəri ötüb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, təkşə Karaçi şəhərində hədsiz istilər səbəbilə ölənlərin sayı 950 nəfərə çatıb. Ümumilikdə isə 40 min adam istilərin təsiri altında vəziyyəti kəskin pisləşib və 1011 nəfəri dünyasını dəyişib.
Son 24 saatda havanın tempraturunun nisbətən aşağı enməsi nəticəsində dövlət və özəl xəstəxanalara gətirilənlərin sayı azalmağa başlayıb. Təkcə Abbasi Şahid Xəstəxanası və Karaçi Metropolitan Qurumunun xəstəxanalarında 17 min 382 xəstə yerləşdirilib. Ölkə vətəndaşları, xüsusən gənclər xəstələrə dərman, meyvə suları, qablaşdırılmış su paylayırlar.
Hazırda ölkə ərazisində anomal istilər çəkilib və tempratur 37 dərəcəyə enib. Amma qarşıdakı gün tempraturun yenidən qalxacağı, 38-40 dərəcə olacağı proqnozlaşdırılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !