İstintaq: Boris Nemtsovun qətli şəxsi qisas zəminində törədilib

20:51 | 09.09.2015
İstintaq: Boris Nemtsovun qətli şəxsi qisas zəminində törədilib

İstintaq: Boris Nemtsovun qətli şəxsi qisas zəminində törədilib

"Boris Nemtsovun ölümü şəxsi qisası zəminində baş verib, cinayətlə bağlı potensial sifarişçi aşkar edilməyib”.
 
APA-nın məlumatına görə, bu barədə "Kommersant” qəzeti istintaqda iştirak edən mənbəyə istinadən yazıb.
 
Məlumata əsasən istintaq komitəsi işi 2015-ci ilin sonuna kimi yekunlaşdırmaq və yanvardan gec olmayaraq Moskva vilayət hərbi məhkəməsinə göndərmək niyyətindədir. Bildirilir ki, hadisədə sifarişçinin olması ilə bağlı versiya müstəntiqlər tərəfindən rədd edilib. Nəticədə iş 5 təqsirli şəxslə davam etdirilir. Son versiya kimi, ölümün səbəbinin "Charlie Hebdo” jurnalının redaksiyasına hücumla bağlı siyasətçinin fikirlərinə qarşı icraçının şəxsi qərəzi kimi göstərilməsi planlaşdırılır.  
 
Daha öncə təhqiqatçıların cinayətin sifarişçisi qismində Daxili İşlər Nazirliyinin "Şimal” batalyonunun keçmiş komandiri Ruslan Geremeyevin adının daxil etmək planlarının olduğu deyilir. Lakin qəzetin yazdığına görə, bu cəhdlər bir nəticə verməyib. 
 
Xatırladaq ki, Boris Nemtsov bu il 27 fevral tarixində Böyük Moskva Körpüsündə güllələnib. O, aldığı 4 güllə yarasından yerindəcə ölüb. Onun qətlində şübhəli bilinən Çeçenistanın "Şimal” batalyonunun keçmiş zabiti Zaur Dusayev, o cümlədən Tamerlan Əsgərxanov, Həmzət Bahayev və Anzor və Şaqit Qubaşev qardaşları saxlanılıb və həbs ediliblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM