İstiqlal şairinin 140 illiyi qeyd olunur

10:50 | 20.12.2013
İstiqlal şairinin 140 illiyi qeyd olunur

İstiqlal şairinin 140 illiyi qeyd olunur

Türk dünyasının İstiqlal şairi Mehmet Akif Ersoy 20 dekabr 1873-cü ildə Osmanlı dövlətinin paytaxtı İstanbulda dünyaya gəlib. Bir çox insanın sadəcə şair kimi tanıdığı Ersoy eyni zamanda baytar-həkim, müəllim, moizəçi, Quran hafizi, Quran tərcüməçisi, peşəkar üzgüçü, həmçinin Türkiyə Cumhuriyyəti Türkiyə Böyük Millət Məclisinin 1-ci çağırış millət vəkillərindən olub. Mehmet Akif Ersoyun 1921-ci ildə yazdığı “İstiqlal Marşı” adlı əsər Türkiyə Cumhuriyyətinin “Dövlət himni” üçün keçirilən müsabiqənin qalibi oldu. Şair bu məqsədlə verilən 500 lirəlik mükafatı isə “Yaşıl Ay” xeyriyyə cəmiyyətinə bağışlayıb. Müxtəlif vaxtlarda universitet müəllimi, jurnalist-yazıçı, redaktor, millət vəkili, din xadimi kimi fəaliyyət göstərən şair 1936-cı ildə İstanbulda vəfat edib. Şairin yazdığı bütün şeirləri “Safahat” adlı 7 kitabda nəşr olunub. İstiqlal marşını “Safahat”a daxil etməyən şair bu hərəkətini, bu əsəri türk xalqı üçün yazması ilə izah edib. “İstiqlal Marşı”, “Çanaqqala Dastanı”, “Bülbül” və s. Mehmet Akif Ersoyun məşhur əsərlərindəndir.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM