İstirahət günü hava necə olacaq?

15:30 | 16.11.2013
İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və arabir tutulacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 17-də, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında isə noyabrın 17-də havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb