İstirahət mərkəzlərindən birində yanğın olub

09:42 | 10.07.2020
Abşeron rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb.

Bu barədə Anews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM