“İstismar müddəti bitmiş avtomobillər çıxdaş edilməlidir” – RƏSMİ AÇIQLAMA

11:40 | 20.01.2014
“İstismar müddəti bitmiş avtomobillər çıxdaş edilməlidir” – RƏSMİ AÇIQLAMA

“İstismar müddəti bitmiş avtomobillər çıxdaş edilməlidir” – RƏSMİ AÇIQLAMA

Ölkədə yol-nəqliyyat hadisələrinin statistikası heç də ürəkaçan deyil. Rəsmilər və ekspertlər bu halları müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Səbəblərdən biri kimi istifadəyə yararsız avtomobillərin hazırda istismarda olması göstərilir. Yol qəzalarının artmasında, yaxud baş verməsində istismar müddəti bitmiş, amma istifadədə edilən avtomobillərin səbəb kimi göstərilməsi nə qədər ciddidir? Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANN.Az-a açıqlamasında bildirib ki, yol qəzalarının baş verməsinə səbəb kimi köhnə avtomobillərin olmasına dair sübutu yoxdur.V.Əsədov həmçinin qeyd edib ki, buna baxmayaraq, istismar müddəti bitmiş avtomobillər yol hərəkətindən çıxdaş edilməlidir: “Səbəb və nəticənin nə olmasından asılı olmayaraq, istismar müddəti bitmiş avtomobillər çıxdaş edilməlidir. Amma bunu da vətəndaş özü həyata keçirməlidir. Bunu dövlət qurumu, yaxud hər hansı vəzifəli şəxs edə bilməz. Səlahiyyətli orqanlar ancaq texniki baxışdan keçə bilməyən avtomobillərin yol hərəkətində istismar olunmasının qarşısını ala bilər. Elə qanunun tələbi budur ki, texniki baxışdan keçə bilməyən avtomobillərin yol hərəkəti qadağandır”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti