Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan iki erməninin – Davit Davityan və Gevorq Sujyanın cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Anews.az İctimai TV-yə istinadən xəbər verir ki, onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürülüb.
"Təqsirləndirilən şəxslərdən biri – Gevorq Sujyan ona qarşı irəli sürülən ittihamlara sübutu elə özü azadlıqda ikən verib desək, yanılmarıq. Şəxsi feysbuk səhifəsində yayımladığı videolardan da görünür ki, o, Azərbaycan dövlət sərhədlərini qanunsuz olaraq keçməklə, Kəlbəcərin istirahət zonalarında dincəlib.
Yəqin ki, o, daha Xəzərdə üzməyi düşünmür. Etdiyi əməllərin bağışlanması üçün hər kəsdən imdad diləyir”, - süjetdə deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !