Baş nazir: Bu məsuliyyəti digərlərinin öz üzərinə götürməsinin vaxtıdır
İsveç digər Avropa İttifaqı ölkələrindən ərazisinə gələn miqrantların bir hissəsini qəbul etmələrini xahiş edəcək.
"Report" xəbər verir ki, bunu ölkənin baş naziri Stefan Lyoven bildirib.
Onun sözlərinə görə, İsveç artıq uzun müddətdir xeyli sayda qaçqın qəbul edir, lakin ölkədə vəziyyət çox gərgin olduğundan, bu məsuliyyəti digərlərinin öz üzərinə götürməsinin vaxtıdır.
Bu il İsveçə sığınacaq üçün ümumilikdə 190 min nəfərin gələcəyi gözlənilir. Ölkə əhalisini nəzərə alsaq, bura Almaniyadan çox miqrant gəlir. Bununla belə, İsveç hökuməti bu saydan nə qədər qaçqını digər ölkələrə göndərmək niyyətində olduğunu dəqiqləşdirməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !