İsveç hökumətinə Stefan Leven başçılıq edəcək.
Stefan müvəqqəti nazirlər kabinetinə rəhbərlik edən "Sosial demokratlar” partiyasının üzvüdür.
"SVT” kanalının məlumatına əsasən, hökuməti yaratmaq barədə aparılan danışıqlardan 4.5 ay sonra parlamentdə baş nazir namizədinin təsdiqlənməsi üçün səsvermə keçirilib. 9 sentyabrda baş tutan seçkilərdən sonra Stokholmda siyasi böhran baş qaldırmışdı.
Levenin lehinə partiyasının 115 deputatı, müxalif "Mərkəz” partiyası və liberallar da səs verib. Əleyhinə isə 153 nəfər səs verib. Parlamentin 77 üzvü isə bitərəf qalıb./olke.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !